Portuqaliya futbol komandası ispaniyalı Roberto Martinezin baş məşqçi təyin olunmasından sonra 15 rəsmi oyunda ilk məğlubiyyətini alıb.

İqtisadiyyat.az xəbər verir ki, AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunun matçında Portuqaliya 4 xalla 3-cü yerdən 1/8 finala yüksələn Gürcüstana 0:2 hesabı ilə uduzub. Portuqaliya lider kimi pley-offa vəsiqəni təmin edib.

Martinezin rəhbərliyi altında Portuqaliya Sloveniya (0:2) və Xorvatiya (1:2) ilə yoldaşlıq görüşlərində iki dəfə məğlub olub.

Portuqaliya sonuncu dəfə 2022-ci ildə rəsmi oyunda məğlub olub. Bu, Dünya çempionatının 1/4 finalında Fernando Santosun rəhbərliyi altında Mərakeşlə (0:1) qarşılaşmada baş verib