Türkiyə mediasında Azərbaycanla bağlı “100-cü ilin ilk hədiyyəsi qardaşdan” başlıqlı yazı dərc olunub. Yazıda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrdən, Dövlət neft Şirkətinin Türkiyədə inşa edəcəyi zavodun perspektivlərindən danışılıb. İqtisadiyyat.Az türk mediasına istinadən həmin məlumatı təqdim edir.

SOCAR-ın Türkiyə idarə heyətinin sədri Vaqif Əliyev, “BP şirkəti ilə təxminən 1.8 milyard dollarlıq investisiya ilə reallaşdıracağımız yeni müəssisənin təməlini bu ilin sonu qurmağı planlayırıq” deyib. Vaqif Əliyev müəssisənin 2023-cü ildə fəaliyyətə başlayacağını bildirərək, yeni müəssisənin SOCAR-ın digər zavodlarındakı xam maddə və infrastruktur mənbələri ilə çox yaxın olmasının, rəqabət baxımdan böyük avantaj yaradacağını ifadə edib.

SOCAR-ın Türkiyə idarə heyətinin sədri Vaqif Əliyev, 2008-ci ildə bu ölkənin Özəlləşdirmə İdarəsindən 2 milyarda satın alaraq Türkiyəyə yatırılan sərmayələrin davam etdiyini qeyd edərək, “BP şirkəti ilə təxminən 1.8 milyard dollarlıq sərmayə ilə inşasına başlayacağımız müəssisənin təməlini bu ilin sonu, yaxud gələn ilin əvvəli atacağıq. Bu sərmayə də digər layihələrimiz kimi çox önəm daşıyır. Çünki fəaliyyətə başlayacağı təqdirdə Türkiyənin hazırki 1 milyon tonluq saf tereflatik turşusu idxalını sıfırlayacaq. Eyni zamanda pareksilen məhsullarında idxal etdiyimiz 800 min tonluq məhsul, Türkiyədə istehsal olunacaq. Bu zavodu "STAR Refinery" və "Petkim" şirkətlərindən xammalın inteqrasiyasına imkan verəcək bir dizaynla həyata keçirəcəyik. Sərmayə qərarı verilən kimi, yeni müəssisəni 2023-cü ildə fəaliyyətə başlatmağı hədəfləmişik” deyə bildirib.

Mehman Nəbiyev