Meta şirkətinin rəhbəri Mark Zukerberq ABŞ Senatında gedən müzakirələr zamanı uşaqlarının sosial mediadan zərər çəkdiyini deyən ailələrdən üzr istəyib.

İqtisadiyyat.az xəbər verir ki, “Instagram” və “Facebook”un idarəçisi zərərçəkən ailələrə müraciət edib:

“Bunun əsas çarəsi onları faydalı ola biləcək bir şeyə yönəltməyə yarım etməkdir.  Bu məsələ ilə şəxsən maraqlanacağıma söz verirəm. Hər birinizdən üzr istəyirəm”.

Qeyd edək ki, iclasda sosial media məzmunu nəticəsində uşaqlarının özünə zərər verdiyini, cinsi istismara məruz qaldığını və ya intihar etdiyini deyən ailələr əyləşib.