ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) elm adamları yuxunu idarə edən qurğu ixtira ediblər.

İqtisadiyyat.az xəbər verir ki, texnologiya 50 könüllü üzərində sınaqdan keçirilib və təcrübə uğurlu olub. Belə ki, sistemin əsası sensorlu əlcəkdir. Bu əlcək əzələ, ürəkdöyüntüsü və istifadəçinin digər parametrlərini izləyir. Sensor insanın hipnaqogiya (oyaqlıqla yuxu arası) durumuna keçdiyini hiss edər-etməz əlcək qoşulu olduğu modula bildiriş göndərəcək. Əgər insan o an hansısa sözü duyarsa, həmin sözü əks etdirən canlı yaxud əşya onun yuxusuna girəcək.

Araşdırmaçılar paralel olaraq səslə deyil, qoxu ilə yuxuya “mövzu verməyi” icad etməyə çalışırlar. Məsələn, kabusdan əziyyət çəkən insanları diffuzor vasitəsilə lavand ətirilə havalandırmaq tövsiyə edilir. Həmçinin insanın müəyyən xatirələri ilə əlaqəsi olan qoxuları da istifadə etmək mümkün olacaq. Bildirilib ki, bu metodun tətbiq edilməsi istifadəçinin oyanma ehtimalını da azaldacaq.