Hindistan hakimiyyəti polisə etiraz edən minlərlə fermerin Yeni Dehliyə girməsinin qarşısını almaq üçün ölkənin paytaxtına gedən bütün yolları bağlamağı əmr edib.

Bu barədə İqtisadiyyat.az "BBC"ə istinadən xəbər verir.

Yürüş iştirakçıları kənd təsərrüfatı məhsullarına minimum zəmanətli qiymətlərin tətbiqini və əvvəllər vəd edilən fermerlərin gəlirlərinin dövlət tərəfindən iki dəfə artırılmasını tələb edirlər.

Məlumata görə, paytaxta gedən yollarda barrikadalar qurulub, tikanlı məftillər çəkilib, beton maneələr quraşdırılıb. Şəhərin özündə isə böyük toplantılar qadağan edilib.

 

Gözəl Həşimova