Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 238-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, insanların 41%-i üzərlərinə ağır əşyaların düşməsindən, 22%-i boğulmadan, 14%-i isə hipotermiyadan ölüb. 

Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı 1,1 mini keçib, 38,6 minə yaxın ev tamamilə və ya qismən dağılıb.

 

Əli Ağayev