Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 238-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İşikava əyalətinin qubernatorluğu məlumat yayıb.

Təxminən 15 min insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınamayan 19 nəfərin isə axtarışlarının davam etdiyi bildirilib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına əsasən, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.

 

Gözəl Həşimova