Yaponiya Ukrayna iqtisadiyyatının bərpası üçün 160 milyon avro ayırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında yazıb.

O, bu proqramların həyata keçirilməsinin əsas prioritetləri kimi enerji, mənzil, mühüm infrastruktur, humanitar minatəmizləmə və biznesə dəstəyi göstərib.

Qeyd edək ki, Rusiya ilə müharibə başlayandan bəri Yaponiya hökuməti Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər yardımlar göstərib.

 

Gözəl Həşimova