"COP-28 konfransı çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Slovakiya Prezidenti Zuzana Çaputova ilə görüşüb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün addımlar və imkanlar müzakirə edilib.

"Prezident Vaaqn Xaçaturyan həmkarına regional hadisələr və Ermənistanın yekun sülhün bərqərar olması səyləri barədə ətraflı məlumat verib", - məlumatda qeyd edilib.