"Çinli hakerlər son bir il ərzində ABŞ-nin iyirmiyə yaxın mühüm obyektinin kompüter sistemlərinə icazəsiz giriş əldə ediblər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. 

Nəşr ABŞ rəsmilərinə istinadən bildirib ki, Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli olduğu iddia edilən hakerlər Amerikanın əsas infrastrukturunu, o cümlədən enerji və su təchizatı, həmçinin rabitə və nəqliyyat sistemlərini sıradan çıxarmaq imkanlarını artırırlar. Nəşr qeyd edir ki, bu hərəkətlər Sakit okeanda ABŞ-Çin münaqişəsi zamanı çaxnaşma, xaos yaratmaq və ya logistikanı pozmaq yollarını inkişaf etdirmək üçün daha geniş səylərin bir hissəsidir.

Sistemlərinə çinli hakerlər tərəfindən sızdığı iddia edilən strukturlar arasında Havay ştatında su təchizatı sistemi ilə əlaqəli obyekt, ABŞ-nin Sakit okean sahilindəki böyük liman və neft və qaz kəməri var. 

"Aydındır ki, Çinin kritik infrastruktura sızmaq cəhdləri qismən münaqişə vəziyyətində onu pozmağa və ya məhv etməyə hazırlaşmaq məqsədi daşıyır və ya ABŞ-nin Asiyada hərbi mövcudluğunu saxlamaq imkanını riskə atır", - məlumatda əlavə edilib.