"Almaniyanın Litvada briqada yerləşdirmək planlarını həyata keçirmək üçün kifayət qədər maliyyə resursları, hərbi texnikası və şəxsi heyəti yoxdur". 

İqtisadiyyat.az xəbər verir ki, bunu "Die Welt" qəzeti bildirib.

Nəşr müdafiə naziri Boris Pistoriusun Rusiyanı cilovlamaq və NATO-nun şərq cinahını gücləndirmək üçün Baltikyanı dövlətdə briqada yerləşdirmək planlarını toxunub və qeyd edib ki, bu planlar Ukraynadakı hadisələrə cavabdır: "Lakin bunun üçün nə maddi-texniki baza, nə kadr, nə də pul var. Xristian Demokratik və Xristian Sosial Birlikləri (CDUSH/CSU) hətta xəbərdarlıq da edib ki, "süpürgələrlə silahlanmış" briqada göndərilməsin".

Pistorius iyunun sonunda bildirib ki, Almaniya lazımi infrastrukturu yaratdıqdan sonra uzun müddətə Litvada əlavə 4 min hərbçi yerləşdirmək niyyətindədir. Vilnüs bunun 2026-cı ilə qədər olacağını gözləyir.

"Die Welt" məqaləsində alman polkovniki Andre Vüstnerin şərhinə də yer verib: "Arifmetikanı öyrənən hər kəs bilir ki, döyüş briqadası əlavə qoşun və materiallar tələb edir, bu ehtiyacı biz indi ödəyə bilmirik". 

Məqalə müəllifi özü əlavə edir ki, vəsait çatışmazlığı "bir neçə yüz milyon avroya" ödənilə bilməz.