Ukraynaya bu ilin avqust ayından oktyabr ayına qədər beynəlxalq yardım ötən ilin eyni dövrü ilə müqayisədə 90% azalaraq 2,3 milyard dollara enib.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, Ukraynaya beynəlxalq yardımın həcmi 2022-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə enib.

Bildirilib ki, Ukrayna ABŞ, Almaniya, Skandinaviya ölkələri və bəzi Şərqi Avropa ölkələrinin maliyyə dəstəyindən getdikcə daha çox asılı vəziyyətə düşüb.

 

Gözəl Həşimova