Ukrayna və Fransa xarici işlər nazirləri Dmitri Kuleba və Stefan Sejournet Kiyevdə keçirilən danışıqlarda hərbi sahədə əməkdaşlıq, o cümlədən silahların birgə istehsalı məsələlərini müzakirə ediblər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, tərəflər, həmçinin Kiyevə hava hücumundan müdafiə sistemləri və pilotsuz təyyarələrin tədarükünü müzakirə ediblər.

Məlumata görə, nazirlər xüsusilə, müdafiə şirkətləri arasında, ilk növbədə, hüquqi sahədə qarşılıqlı fəaliyyət üçün əlverişli şəraitin yaradılmasına çalışacaqları barədə razılığa gəliblər.

 

Gözəl Həşimova