Ukrayna elektrik enerjisinin kəsilməsinin qarşısını almaq və tarazlığı qorumaq üçün təcili olaraq Polşa, Rumıniya və Slovakiyadan elektrik enerjisi idxal etməyə məcburdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Ukrenerqo” milli enerji şirkəti məlumat yayıb.

Məlumata görə, Ukraynanın enerji sistemində çətin vəziyyət yaranıb. Ölkədə 408 yaşayış məntəqəsinin işıqsız qaldığı bildirib.

Bildirilib ki, soyuq hava şəraiti ilə bağlı Ukraynada elektrik enerjisi istehlakı artıb. Bu da enerji sistemində çatışmazlığa səbəb olub.

 

Gözəl Həşimova