Ukrayna Nazirlər Kabineti Vitali Polovenkonu müdafiə nazirinin müavini təyin edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

"Vitali Mixayloviç Polovenko Ukrayna müdafiə nazirinin müavini təyin edilib", - Melniçuk "Telegram" kanalında yazıb.

Qeyd edək ki, sentyabrın əvvəlində Müdafiə Nazirliyində çoxsaylı korrupsiya qalmaqalları fonunda idarənin rəisi Aleksey Reznikov vəzifəsindən azad edilib. Onun yerinə təyin olunan Rüstəm Umerov korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqamətlərindən biri adlandırıb. Sentyabrın ortalarında Ukrayna Nazirlər Kabineti Reznikovun rəhbərliyi altında işləyən altı müdafiə nazirinin müavinini işdən azad edib. Sentyabrın sonu və oktyabrın əvvəlində Müdafiə Nazirliyinə 6 yeni rəis müavini təyin edilib.