Ukrayna Milli Bankı Avropanın mərkəzi banklarından 26,6 milyon dollar vəsait alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata görə, Ukrayna Milli Bankı immiqrantların Avropada qoyub getdiyi bütün nağd qrivnaları satın alıb. Bununla da bank ukraynalı qaçqınlar tərəfindən xaricə mübadilə edilən nağd qrivnanın qaytarılması layihəsini başa çatdırıb.

Xatırladaq ki, ötən il Ukrayna Milli Bankı Polşa, İsveçrə, Belçika, Latviya, Almaniya, İtaliya, Litva, Malta, İsveç və Hollandiyanın mərkəzi bankları ilə nağd qrivnanın yerli valyutaya dəyişdirilməsi imkanını nəzərdə tutan müqavilələr bağlayıb.

 

Gözəl Həşimova