Türkiyənin oktyabr ayında ixracı ötən ilin eyni ayına görə 7,4 % artaraq 22 milyard 871 milyon dollara, idxalı isə 0,6 % artaraq 29 milyard 390 milyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar-oktyabr dövründə ölkənin ixracı 0,2% artaraq 209 milyard 904 milyon dollara, idxalı isə 1,1% artaraq 303 milyard 821 milyon dollara çatıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 6,7 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova