Türkiyədə güclü meşə yanğınları başlayıb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Trabzonda qeydə alınıb.

Axşam saatlarından başlayan güclü küləkdən yanğının miqyası genişlənib.

Sürmene mahalında 17 evdən insanlar təxliyə edilib.

Yanğına müdaxilə edən iki yanğınsöndürən tüstüdən zəhərlənib.

Hadisənin qarşısının alınması istiqamətində əməliyyat aparılır.