Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə Yaxın Şərq, Ukrayna və Qafqazdakı vəziyyəti, həmçinin tərəflərin fikir ayrılığı yaşadığı Kipr problemini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Miçotakis Türkiyə lideri ilə birgə bəyanatları zamanı bildirib.

"Prezident Ərdoğanla bölgədə və dünyada baş verən bütün hadisələri, Yaxın Şərqdə, Ukraynada, Qafqazda bizi narahat edən hadisələri nəzərdən keçirdik", - Miçotakis deyib. 

"Beynəlxalq qanunlara, qınamaya hörmət etmək zərurətinə hər zaman əməl etməliyik. Dövlətlərin ərazi bütövlüyünə və humanitar dəyərlərin qorunmasına mütləq hörmətlə yanaşılmaqla, mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirilməklə, təcavüzün, ekstremizmin və terrorun bütün formalarına qarşı mübarizə aparmalıyıq", - yunanıstanlı lider əlavə edib.

Yunanıstanın baş naziri sözlərinə belə davam edib: "Kipr məsələsində razılaşmırıq. Bunu açıq şəkildə deyirəm, bizim üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrindən başqa həll yolu yoxdur. Dialoq olduğu yerdən bərpa olunmalıdır. 2017-ci ildə bu dialoq kəsildi. Yalnız onun sayəsində real irəliləyiş əldə edilə bilər".