Türkiyə parlamenti respublikanın silahlı qüvvələrinin Liviyada hərbi varlığının uzadılması təklifini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Parlamentindən bildirilib. 

Belə ki, qanun təklifi parlamentin müzairəsinə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə təsdiq edilib.

Beləliklə Türkiyə hərbçiləri növbəti 24 ay ərzində Liviyada xidmət edə biləcəklər.