"Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda əməliyyat keçirib və bu əməliyyat zamanı PKK terror təşkilatının 16 obyekti məhv edilib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də paylaşım edib.

"Hava əməliyyatı yerli vaxtla saat 18:30-da həyata keçirilib. İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib, 16 hədəf məhv edilib. PKK-nın məsul nümayəndələrinin yerləşdiyi güman edilən xüsusi sığınacaqlar və anbarlar vurulub", - məlumatda deyilir.