"Türkiyə Macarıstanın Ukrayna münaqişəsi ilə bağlı Qərbin strategiyasına yenidən baxılması zərurəti ilə bağlı təklifini dəstəkləsə də, digər NATO ölkələri onların fikri ilə razılaşmayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Brüsseldə Şimali Atlantika Alyansı xarici işlər nazirlərinin ikigünlük görüşündə iştirak edən Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib.

O, türkiyəli həmkarı Hakan Fidanla birlikdə NATO ölkələrinin, Avropa İttifaqının və bütövlükdə Qərbin Ukraynadakı münaqişə ilə bağlı əməl etdiyi plana yenidən baxmağı təklif etdiyini bildirib: "Bu plan Ukraynanın hərbi qələbə qazanmasını, Rusiyanın məğlub olmasını və bunun Rusiya üçün siyasi nəticələrini nəzərdə tuturdu. Düşünürəm ki, bu gün hər kəs bu planın iflasa uğradığını görür, amma etiraf edə bilmir".

"Ona görə də sual vermək lazımdır ki, əgər strategiya plana uyğun işləməyibsə və o, açıq-aydın uğursuz olubsa, onda biz B planı hazırlamayaq", - deyə nazir bildirib. 

Onun sözlərinə görə, bu təklifi yalnız Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri dəstəkləyib və bugünkü görüşdə Ukraynadakı münaqişənin diplomatik yolla həllinin zəruriliyindən yalnız ikisi danışıb.