"12 vilayətdə keçirilən "Qəhrəmanlar-33" əməliyyatı zamanı separatçı terror təşkilatına aid çox sayda sursat ələ keçirilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib. 

Nazir qeyd edib ki, terror təşkilatının qış aylarında logistik məqsədlər üçün istifadə etmək və əməliyyat keçirmək üçün hazırladığı sığınacaqlar hədəf olub.

Təhlükəsizlik qüvvələri 12 vilayətdə tək-tək müəyyən etdikləri bölgələrdə əməliyyat keçirib.

Əməliyyat çərçivəsində 78 sığınacaq məhv edilib. Çox sayda sursat ələ keçirilib.

"Terrorçuların yuvalarını bir-bir dağıdırıq və bundan sonra da dağıtmağa davam edəcəyik", - Yerlikaya əlavə edib.