"Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Qurtuluş Ordusunun 12 təyyarə və 7 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edilib ki, dörd təyyarə adanın cənub-qərbindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Bunlar Y-8 sualtı qayıq əleyhinə təyyarə və üç J-16 qırıcısıdır.

Bəyanatda deyilir ki, Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.