"Əfqanıstanın Yeni Dehlidəki səfirliyinin bağlanması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Taliban hərəkatı hökumətində xarici işlər nazirinin müavini vəzifəsini icra edən Şer Məhəmməd Abbas Stanikzai jurnalistlərə bildirib.

O qeyd edib ki, Əfqanıstanın Hindistandakı səfirliyi və konsulluqları nazirlik ilə əlaqə saxlayır.

"Naemi adlı bir diplomatın səfirliyin bağlandığı və xidmətlərin göstərilmədiyi barədə bəyanatı yalandır. Mumbay və Heydərabaddakı konsulluqlarımız da fəaliyyətdədir", - Taliban nümayəndəsi deyib.