"Şimali Atlantika Alyansı İsrail və Fələstin arasındakı münaqişədə fəal rol oynamır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Brüsseldə keçirilən görüşünün birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

"Hesab edirəm ki, NATO-nun bir müttəfiq təşkilat olaraq İsrail-Fələstin münaqişəsində aktiv rol oynamadığını qəbul etmək vacibdir", - Stoltenberq qeyd edib.