"Macarıstan gözləyir ki, NATO xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə alyansın Rusiyaya qarşı hərbi əməliyyatlara cəlb edilməməli olduğu Ukrayna münaqişəsində əvvəlki yanaşmalarına sadiqliklərini bir daha təsdiq edəcəklər". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Biz gözləyirik ki, NATO Xarici İşlər Nazirləri Şurasının iclasları əvvəlki qərarı təsdiqləyəcək. Beləcə, biz NATO ilə Rusiya arasında birbaşa qarşıdurmadan, eləcə də NATO-nun döyüşən tərəfə çevrilməsindən qaçmaq üçün mümkün olan hər şeyi edəcəyik", - Siyarto qeyd edib.

Nazir əlavə edib ki, Macarıstanın fikrincə, Şimali Atlantika Alyansı qeyri-qanuni miqrasiyanın artması fonunda terrorizmə qarşı mübarizəni gücləndirməli və Qərbi Balkanlar regionunda sabitliyin qorunmasına kömək etməlidir.