Rusiya aviaşirkətinin Abakan - Moskva reysi təyyarənin 30 dərəcə şaxtada donması səbəbindən təxirə salınıb.

Bu barədə İqtisadiyyat.az "TourDom"a istinadən xəbər verir.

Məlumata görə, yola düşmə dekabrın 11-i Moskva vaxtı ilə saat 5:45-ə planlaşdırılıb. Lakin 30 dərəcə şaxta səbəbilə təyyarənin hissələri donub.

Buna görə də, uçuş axşama qədər təxirə salınmalı olub.

 

Gözəl Həşimova