"Rusiya-Çin münasibətlərinin hərtərəfli möhkəmlənməsi Rusiyanın maraqlarına cavab verir və bu, iki ölkə liderlərinin müəyyən etdiyi yoldur". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Yeni dövrdə ÇXR ilə hərtərəfli strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyət əlaqələrinin hərtərəfli möhkəmlənməsi və dərinləşməsi Rusiyanın maraqlarına tam cavab verir. Bu, ölkələrimizin liderlərinin müəyyən etdiyi əsas yoldur. Bütün sahələrdə əlaqələrin şaxələndirilməsi və dərinləşdirilməsi, əlbəttə ki, bizim maraqlarımıza cavab verir", - deyə diplomat bildirib.

"Biz, şübhəsiz ki, bütün müvafiq çoxtərəfli platformalarda daha da sıx işləyəcəyik", - nazir müavini əlavə edib.