Rumıniya “Eurovision 2024” milli mahnı müsabiqəsi üçün namizəd seçimindən və ölkəsinin yarışda təmsil olunmasından imtina edib.

İqtisadiyyat.az xəbər verir ki, Rumıniyanın TVR telekanalının direktorlar şurası ölkənin “Eurovision”da iştirak edib-etməyəcəyi ilə bağlı səsvermə üçün iclas keçirib. Səslərin əksəriyyəti əleyhinə olub.

Məsələ burasındadır ki, ölkə indi maliyyə sıxıntıları yaşayır, ona görə də belə irimiqyaslı müsabiqədə iştirak etmək imkanı yoxdur.