Qəzza zolağında İsrail ilə HƏMAS hərəkatı arasında bağlanan humanitar atəşkəs daha iki gün uzada bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misir təhlükəsizlik güclərindəki iki mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Onların sözlərinə görə, danışıqlarda iştirak edənlər hesab edirlər ki, Fələstin anklavında atəşkəs daha bir və ya iki günə uzadıla bilər.