"Dekabrın 14-15-də keçiriləcək ittifaq sammitində Avropa İttifaqı (Aİ) liderləri üçün növbəti dörd ildə büdcə yardımı proqramı çərçivəsində Ukraynaya 50 milyard avro ayrılması məsələsində konsensusa nail olmaq çox çətin olacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu "Reuters" agentliyinə sammitə hazırlıqla məşğul olan blokun yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, icma Kiyevi dəstəkləməyə hazırdır. Ehtimal olunur ki, müzakirə olunan proqram razılaşdırılmasa, Ukraynaya yardım yenə də veriləcək. Agentliyin həmsöhbəti alternativ həllin təfərrüatlarını verməyib.