"2023-cü ildə Avropa İttifaqı (Aİ) Ukraynanı vəd etdiyi 1 milyon əvəzinə 480 min artilleriya mərmisi ilə təmin edə bilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentlik qeyd edib ki, Avropa Komissiyasının Avropa Müdafiə Agentliyi vasitəsilə Ukraynada mərmi istehsalının sürətləndirilməsi üzrə əsas təşəbbüs Kiyev üçün cəmi 60 minə yaxın mərmi istehsalına imkan verib.