"BMT Təhlükəsizlik Şurası tərəfindən noyabrda qəbul edilmiş Fələstin-İsrail münaqişəsinə dair humanitar qətnamə hazırda qüvvədə deyil və yerdəki şərtlər hər hansı əhəmiyyətli humanitar yardımın göstərilməsinə mane olur". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının sədrinə məktubunda bildirib.

"Mövcud şərtlər heç bir mühüm humanitar əməliyyata imkan vermir. Bununla belə, biz BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinin icrasına nəzarət etmək üçün variantlar hazırlayırıq, baxmayaraq ki, hazırkı şəraitdə bunun qeyri-mümkün olduğunu qəbul edirik", - məktubda deyilir.