Qazaxıstan neft bazarında qeyri-müəyyənliyin qarşısının alınmasına töhfə olaraq gələn ilin yanvarından başlayaraq neft hasilatını azaltmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gələn ilin birinci rübündə ölkənin "OPEC+" üzrə öhdəlikləri gündəlik 1,468 milyon barel təşkil edəcək.

Bildirilib ki, Qazaxıstan noyabrın 30-da keçirilmiş "OPEC+" ölkələrinin son iclaslarının nəticələrinə əsasən qəbul etdiyi öhdəlikləri yerinə yetirmək niyyətindədir.

 

Gözəl Həşimova