Bu ilin yanvar-oktyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23,7% artaraq 1115,1 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 589,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 52,9%-ni təşkil edib.