İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya və İran arasında əməkdaşlıqdan narazılığını bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

"Baş nazir Benyamin Netanyahu bu gün Rusiya prezidenti Vladimir Putinlə söhbət edib. Baş nazir Netanyahu Rusiya ilə İran arasında təhlükəli əməkdaşlığı kəskin tənqid edib", - məlumatda deyilir.