"İsrail ordusu Qəzza zolağında irəliləməyə davam edir və HƏMAS hərəkatı ilə mübarizədə məqsədlərinə çatana qədər tam gücü ilə döyüşəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Qüvvələrimiz irəliləyir. Biz bütün məqsədlərimizə çatana qədər tam gücümüzlə döyüşməyə davam edirik", - deyə onun ofisi Baş nazirin açıqlamalarını yayıb.

Netanyahu qeyd edib ki, dövlətinin məqsədləri bütün oğurlananların geri qaytarılması, HƏMAS-ın məhv edilməsi və Qəzzanın bir daha İsrail üçün heç vaxt təhlükə olmamasını təmin etməkdir.