İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığında İsrail ordusunun Qəzzanın cənubunda yerləşən Xan Yunisdəki əməliyyatının daha 3-4 həftə davam edəcəyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Bayden administrasiyası bundan sonra Qəzzada döyüşlərin daha konkret və daha az intensiv xarakter alacağını gözləyir.

Amerikalı rəsmilər isə, Baydenin hərbi əməliyyatları dayandırmaq üçün ilin sonuna qədər vaxt təyin etməsi ilə bağlı əvvəlki xəbərləri təkzib etdiyi vurğulanıb.