"Qərb fələstinlilərin maraqlarını qorumaqda maraqlı deyil, onları ikinci dərəcəli vətəndaşlar hesab edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünya təşkilatının Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında çıxışı zamanı deyib.

"Bu həftələr ərzində son dərəcə xoşagəlməz bir fakt aydın oldu: Qərb üçün fələstinlilər ikinci dərəcəli vətəndaşlardır və onların maraqlarını qorumaqda maraqlı deyillər. Şuranın qərarların hazırlanmasında üzləşdiyi problemlərin əsas səbəbi budur", - diplomat qeyd edib.