"Qripdən əziyyət çəkən Papa Fransiskin səhhətində vəziyyət stabil olsa da, ağciyərlərində iltihablı proses olduğundan tənəffüs problemi davam edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

"Papanın vəziyyəti stabildir, hərarəti yoxdur, lakin ağciyərlərdə iltihabi proses davam edir, bu da nəfəs almaqda çətinlik yaradır. O, antibiotiklərlə müalicəsini davam etdirir", - məlumatda deyilir.