Rusiyanın paytaxtı Moskvadakı hava limanlarında əlverişsiz hava şəraitinə görə 48 reys ləğv edilib və təxirə salınıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:15-ə olan məlumata görə, Domodedovo hava limanında 19 reys gecikib, 3-ü ləğv edilib. Vnukovoda 12 reys, Şeremetyevoda 9 reys gecikib və 2 reys təxirə salınıb, Jukovskidə isə 3 reys gecikib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand hava şəraitinə görə bu cür hadisələrin baş verməsinin gözlənilən olduğunu söyləyib.