"Gələn həftənin cümə axşamı, dekabrın 14-də Moskvada güclü qar yağa bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə METEO proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov bildirib.

Şaxtalı hava şəraitinin davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, havanın temperaturu 15 dərəcəyədək soyuyacaq.

Sinoptik əlavə edib ki, belə göstəricilər iqlim normasından 7-10 dərəcə yüksəkdir: "Eyni zamanda, biz artıq həftənin sonunda bir az istiləşməni gözləməliyik".