"McDonald's" digər "fast food" şəbəkələri arasında artan rəqabət səbəbilə "Big Mac" və digər burgerlərin reseptini dəyişəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, ekspertlər istehsal texnologiyasında ümumilikdə 50-dən çox dəyişiklik ediblər. Məqsəd şirkətin, xüsusilə yüksək səviyyəli rəqiblərə qarşı "fast food" bazarındakı mövqeyini yaxşılaşdırmaqdır.

Bildirilib ki, yeni resept artıq Avstraliyada sınaqdan keçirilib.

 

Gözəl Həşimova