Amerikalı milyarder İlon Mask sabah İsrailə səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Onun İsrail Prezidenti İshaq Hersoq və Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi bildirilib.

Qeyd edilir ki, bundan öncə sentyabrın 18-də Netanyahu Kaliforniyada İlon Maskla görüşmüşdü.