“Limak Holding” MMC ləğv olunur.

İqtisadiyyat.az “Ölkə.az”a istinadən xəbər verir ki, bu barədə şirkətin elanında qeyd olunub.

Qeyd edək ki, “Limak Holding” MMC 24.02.2022 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Heydərov Kamran Habil oğludur. Sözügedən şəxsə məxsus bir digər şirkət - “Life Building” MMC-nin də ləğv olunduğu açıqlanıb.

Hər iki şirkətin kreditorlar iki ay ərzində tələblərini 1132 Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi, ev 1, mənzil 141 ünvanına bildirə bilərlər.