"Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi BMT çərçivəsində keçirilən görüşdə Qəzza zolağında atəşkəsin vacibliyini vurğulayıblar və ölkələrin Yaxın Şərq regionunda böhran vəziyyətlərinin həllinə yanaşmalarının oxşarlığını qeyd ediblər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasında davam edən eskalasiya vurğulanmaqla, Yaxın Şərq gündəmindəki əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər Qəzza zolağında atəşkəs rejiminin əldə olunmasının vacibliyini vurğulayıblar. Vəziyyəti BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qərarları əsasında siyasi və diplomatik kanala köçürmək barədə fikir mübadiləsi aparılıb", - diplomatik departament qeyd edib.

"Rusiya və İordaniyanın Yaxın Şərqdə regional və qlobal sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərən böhranlı vəziyyətlərin beynəlxalq hüquq normalarına uyğun həllinə yanaşmalarının yaxınlığı təsdiqlənib", - Rusiya XİN əlavə edib.