"Qəzza zolağında HƏMAS hərəkatının girov saxladığı beşinci qrupun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verilməsi prosesi başlayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bu, Qəzza zolağında münaqişə tərəfləri arasında humanitar atəşkəsin qüvvəyə minməsindən sonra azad edilən beşinci girov qrupudur. Bu qrupa 10 nəfər daxildir.

Bundan bir qədər əvvəl HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadasının nümayəndəsi Əbu Ubeydə demişdi ki, hərəkat "düşmən ona əməl etdiyi müddətcə" atəşkəsə sadiq qalacaq.