"Qəzza zolağında HƏMAS-a qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu siyasi sistemdəki mənbəsinə istinadən məlumat yayıb.

Radio qeyd edir ki, iki aylıq gərgin döyüşlərdən sonra Qəzzada atəşkəs gözlənilmir və zolağın daxilindəki əməliyyatlar Fələstin anklavının daxilində qalacaq ordu birləşmələri tərəfindən həyata keçiriləcək. Kanın həmsöhbətinin sözlərinə görə, İsrail oktyabrın 7-də silahlılar tərəfindən oğurlanan və sektorda saxlanılan girovların azad edilməsi üçün bu iki ay ərzində əlavə sövdələşmələr aparmağa çalışacaq.

Qeyd edilib ki, qarşıdakı iki ay ərzində İsrail bəzi Qəzza sakinlərinə evlərinə qayıtmağa icazə verəcək: "Çünki bu, ABŞ-nin tələbidir və eyni zamanda əməliyyat şərtlərinə uyğun gəlir".