"Avropa Komissiyası (AK) Macarıstan üçün nəzərdə tutulan 10 milyard avroya qədər Avropa İttifaqı (Aİ) vəsaitlərinin bir hissəsinin ayrılması ilə bağlı yaxın həftələrdə qərar verəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ANSA Avropa mənbələrinə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, danışıqlar yaxın günlərdə davam etdiriləcək.

Qeyd edilib ki, Macarıstana ayrılması nəzərdə tutulan ümumilikdə 22 milyard avro dondurulub. Budapeşt isə hesab edir ki, ona qarşı qoyulan tələbləri çoxdan yerinə yetirib və bu məsələnin həllinin ləngiməsinə Aİ rəhbərliyinin Viktor Orbanın rəhbərlik etdiyi hökumətin mövqelərini zəiflətmək istəyi səbəb olur.